AZ

"Bohum"un qapıçısı Almaniya nəhəngi ilə müqavilə bağladı

"Bohum"un qapıçısı Peter Dreves karyerasını Almaniya nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder və jurnalist Florian Plettenberq yayıb.

Məlumata görə, sözügedən qolkiper Dortmund "Borussiya"sı ilə müqavilə bağlayıb. Mənbə Drevesin "arılar"a üçüncu qapıçı kimi qoşulacağını da vurğulayıb.

Xatırladaq ki, "Bohum" son mövsümdə 18-ci yeri tutaraq elitadan düşüb. 32 yaşlı Dreves geridə qalan "futbol ili"ndə 21 Bundesliqa matçına çıxaraq 58 seyvlə yadda qalıb. O, 46 dəfə topu tordan çıxarmalı olub.

Nihat

Seçilən
1
1
fanat.az

2Mənbələr