AZ

II Qaregin Paşinyana qarşı hücuma keçdi: “Baş nazir sünnət edilib!”

Ermənistanda Baş nazir Nikol Paşinyanla kilsə arasındakı qarşıdurma böyüyür.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Baş nazir Erməni Apostol Kilsəsi ilə bağlı növbəti paylaşım edib.

“Ktrij Nersisyanın mətbuat katibi mənim sünnət olunduğumu iddia edib. Mən Ktric Nersisyanı və onun mətbuat katibini qəbul etməyə və bunun əksini sübut etməyə hazıram”,- deyə Paşinyan qəzəbini ifadə edib.

Baş nazir keşiş Ktric Nersisyana çağırış ünvablayıb:

“O, subaylıq andını pozub-pozmaması haqda suala cavab versin. Onun övladı var, ya yox?!”, – deyə Paşinyan Facebook-da yazıb.

Qeyd edək ki, Ktric Nersisyan bütün ermənilərin katalikosu II Qareginin əsl adıdır.

II Qaregin bütün ermənilərin 132-ci katolikosudur. O, 27 oktyabr 1999-cu ildən Erməni Apostol Kilsəsinə rəhbərlik edir. Paşinyan son vaxtlar onu subaylıq əhdini pozmaqda, gizli övlad sahibi olmaqda suçlayır.  Baş nazir deyir ki, II Qaregin vəzifəsindən istefa verməlidir.

Seçilən
8
1
bakivaxti.az

2Mənbələr