Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə müdafiə sahəsində əməkdaşlığın inkişafı və pilotsuz təyyarələrin birgə istehsalını müzakirə edib.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, görüş çərçivəsində Ukraynanın hava hücumundan müdafiəsi məsələsi müzakirə olunub.
"Biz müdafiə sektorunda əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etdik. Bu sahədə əməkdaşlıq Ukraynaya mühüm layihələrə, xüsusən də pilotsuz təyyarələrin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının istehsalına sabit maliyyə vəsaiti almağa imkan verəcək", - Zelenski bildirib.
Gülşən Şərif
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.