Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bəzən sürücülər manevr edərkən dönmə işığını yandırsalar da, bu siqnala uyğun olmayan hərəkətlər edirlər. Qanunvericiliyə əsasən, sürücü zolaq dəyişmək istədikdə əvvəlcə güzgülər vasitəsilə digər zolağın boş olub-olmadığını yoxlamalı, əgər kifayət qədər məsafə varsa, dönmə işığını yandıraraq manevri yerinə yetirməlidir.
Avtomobildəki kameraya düşən görüntüdə manevr edən digər sürücü çaşqınlıq yaradıb. Avtosfer.az xəbər verir ki, sol zolaqla hərəkət edən 77-RX-694 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü dönmə işığını sağa yandıraraq sol zolaqla hərəkət etməyə davam edib. Görüntünü qeydə alan sürücü işıq siqnalları ilə xəbərdarlıq edərək ondan yol istəyib. Bu zaman o, sağ zolağa keçərək svetoforda dayanıb. Maneə ilə üzləşən sürücü narazılığını bildirən zaman, o, özünü haqlı çıxarmağa çalışıb.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.