AZ

AMB: Rəqəmsal ödəniş ekosistemi modelləri tətbiq oluna bilər

Azərbaycanda neobankların təcrübəsi əsasında innovativ bank xidmətləri tətbiq oluna bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Ülfət Yusifov Bakıda keçirilən növbəti Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") bildirib.

Onun sözlərinə görə, Azərbaycanda istifadəçilərin rahatlığını təmin etmək məqsədilə beynəlxalq təcrübəyə əsaslanan innovativ maliyyə xidmətlərinin, o cümlədən rəqəmsal ödəniş ekosistemi modellərinin tətbiqi nəzərdən keçirilir: "Aparılmış bazar və beynəlxalq təcrübə araşdırmaları göstərir ki, bu cür modellər son dövrlərdə qlobal trendlər arasında yer alır, xüsusilə inkişaf etmiş ölkələrdə artıq əsasən neobanklar və elektron pul təşkilatları onları geniş şəkildə tətbiq edir. Biz hesab edirik ki, bu istiqamətdə Azərbaycanda da belə xidmətlərin tətbiqi istifadəçilər üçün daha rahat və məqsədəuyğun ola bilər".

Seçilən
11
report.az

1Mənbələr