AZ

Oskar mükafatlı rejissordan etiraf

Oskar mükafatlı “Cənnət kinoteatrı” filminin rejissoru Cüzeppe Tornatore Şanxay Beynəlxalq Kino Festivalında verdiyi ustad dərsində filmin çəkilməsi prosesi barədə maraqlı açıqlamalar verib.

Kulis.az xəbər verir ki, 69 yaşlı rejissor bu hekayəni tam 11 il boyunca düşündüyünü deyib:

“Uzun illər ağlımda formalaşan ssenarini yazmağa başlayanda hər şeyin demək olar ki, tam hazır olduğunu hiss etdim. Nəticədə isə yalnız 2,5 ayda tamamlanan bir ssenari ortaya çıxıb”.

Festivalda keçirilən xüsusi nümayişdən sonra təşkil olunan söhbətdə Tornatore uşaqlıq xatirələrindən və kinoda montajın vacibliyindən danışıb:

“Montaj çox önəmli bir işdir. Xüsusilə montajı öyrənin. Çünki kinoda montaj çox önəmlidir”.

Qeyd edək ki, Tornatore “Ən yaxşı təklif”, “Malena” kimi unudulmaz filmləri ilə də tanınır.

Seçilən
7
1
kulis.az

2Mənbələr