AZ

Tayvan donanması ilk yerli sualtı qayığın sınaqlarına başlayıb

Tayvanın yerli istehsal etdiyi SS-711 “Hay Kun” ilk dizel-elektrik sualtı qayığı dəniz sınaqlarının birinci mərhələsini uğurla başa vurub.

Herbiand.az bildirir ki, bu barədə sualtı qayığın inşasına cavabdeh olan “CSBC Corporation” gəmiqayırma zavodunun mətbuat xidməti məlumat yayıb.

Anonim hərbi mənbə Tayvanın dövlət xəbər agentliyi CNA-ya bildirib ki, ada ölkəsinin donanması sualtı qayığın sınaqlarının təhlükəsizliyini və məxfiliyini təmin etmək üçün qayıqlar, freqatlar və təyyarələr yerləşdirib.

CSBC-nin məlumatına görə, dəniz sınaqlarının birinci mərhələsində sualtı qayığın hərəkət, sükan, elektrik, hava, rabitə və naviqasiya sistemlərinin işini yoxlayan gəmi istehsalçıları və ekipaj iştirak edib.

Dəniz sınaqları üç mərhələyə bölünür: suüstü hərəkət, suyun altında hərəkət və dərin eniş. Növbəti mərhələyə keçməzdən əvvəl tamamlanmış mərhələnin nəticələrinə əsasən təkmilləşdirmələr aparılacaq.

Sualtı qayıq həm sualtı hədəfləri, həm də böyük suüstü gəmiləri vurmağa qadir olan Mod6 Advanced Technology versiyasının Amerikanın ağır 533 mm-lik Mk48 torpedaları ilə silahlanacaq. Gələcək seriyalı sualtı qayıqlar da UGM-84L “Harpoon” gəmi əleyhinə raket sistemi ilə təchiz ediləcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
15
herbiand.az

1Mənbələr