AZ

Nigerdə terror hücumu: 71 nəfər həyatını itirdi

Nigerdə terror hücumu: 71 nəfər həyatını itirdi

Nigerin Tillaberi bölgəsində baş vermiş terror hücumu nəticəsində 71 mülki şəxs həyatını itirib.

Yerli mediada yayılan məlumatlara görə, bir gün əvvəl Tillaberi bölgəsinin Manda kəndinə naməlum silahlı terror qruplaşmasının üzvləri hücum ediblər.

Namazdan sonra məscidin həyətində toplaşan camaatın hədəfə alındığı hücum nəticəsində 71 nəfər həlak olub, azı 20 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu bölgədə mart ayında da Fambita kəndində yerləşən bir məscid cümə namazı zamanı hücuma məruz qalmış və hadisədə 44 nəfər ölmüşdü.

Seçilən
8
afn.az

1Mənbələr