“Sabah” Namik Ələskərovla yollarını ayırıb. Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Namik 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandamızın heyətində 83 (7) oyun keçirib. Namik “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
Komandamızın uğurlarında özünəməxsus rolu olmuş Namik Ələskərova xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta