AZ

"Leypsiq"in yeni baş məşqçisi bilindi - RƏSMİ

Almaniyanın "Leypsiq" klubunun yeni baş məşqçisinin adı bəlli olub.

Fanat.Az xəbər verir ki, vakant post Ole Vernerə tapşırılıb. 

Bu barədə “buğalar”ın mətbuat xidməti məlumat yayıb.

37 yaşlı mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalanıb. Vernerin məşqçilər korpusuna Patrik Kolman və Tom Çiçon da qoşulub.

“Verder”in baş məşqçisi üçün 1,5 milyon avro təzminat aldığı, o, “Leypsiq”də uğurlu olacağı təqdirdə bu məbləğə daha 500 min əlavə olunacağı bildirilir.

Verner "Leypsiq"də Marko Rousu əvəz edib. 

Bremenlilər keçən mövsümü səkkizinci, "Leypsiq" isə yeddinci yerdə başa vurub.

Mirağa

Seçilən
4
1
fanat.az

2Mənbələr