AZ

“İkinci əl 0 kilometr avtomobil”və ya Çinin yalançı statistikası

Kocaelinin Gölcük rayonunda avtomobillə motosikletin toqquşması nəticəsində baş verən qəzada Nail Kurban (48) həyatını itirib, 8 yaşlı oğlu ağır yaralanıb.

Avtosfer.az xəbər verir ki, qəzadan əvvəl atasının dəbilqəsini oğluna taxdığı məlum olub.

Hadisə Çiftlik məhəlləsində axşam saatlarında baş verib. M.T.K.-nın idarə etdiyi avtomobil, Nail Kurbanın sürdüyü motosikletlə toqquşub. Ağır yaralanan ata-oğul xəstəxanaya çatdırılıb. Nail Kurban həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib, oğlu isə Kocaeli Universiteti Tibb Fakültəsi Xəstəxanasına köçürülüb.

Nail Kurban Şirinköy məzarlığında dəfn olunub. Oğlunun müalicəsi isə davam edir.(son.xeber)

Seçilən
3
avtosfer.az

1Mənbələr