AZ

İranın müharibə itkiləri bəlli oldu: Yüzlərlə insan...

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İranın Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 606 nəfərin həyatını itirdiyini, 5 min 332 nəfərin isə yaralandığını açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, səhiyyə naziri Məhəmməd Rza Zaferkəndi paytaxt Tehranda təşkil olunan Səhiyyə Nazirliyi Krizis Mərkəzinin iclasında çıxış edib. 

Zaferkəndi bildirib ki, İsrailin ölkə miqyasında həyata keçirdiyi hücumlarda 606 nəfər həyatını itirib, yaralı sayı isə 5 min 332-yə çatıb. O, İsrailin İrana qarşı müharibəyə 13 iyun tarixindən başladığını və son 24 saat ərzində ən ağır hücumların baş verdiyini bildirib: “Bu müddət ərzində 1342 nəfər yaralandı, 107 nəfər şəhid oldu”. 

Nigar Hacılı 

Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
16
cebheinfo.az

10Mənbələr