AZ

ADA Universitetində 8-ci Beynəlxalq Təhsil Konfransı keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 24-də ADA Universiteti və Elm və Təhsil Nazirliyininbirgə tərəfdaşlığı ilə 8-ci ADA Beynəlxalq Təhsil Konfransınınrəsmi açılışı baş tutub.

“Formal təhsil hüdudlarından kənar: Sürətlə dəyişən dünya iləayaqlaşan təhsilə doğru” mövzusuna həsr olunmuş builki konfrans,təhsil sahəsində innovativ yanaşmaların müzakirəsi üçün genişplatforma yaradıb.

Konfransın ilk günündə Azərbaycan Respublikasının Elm və təhsilnaziri, ADA Universitetinin prorektoru və ADA Vaşinqton Mərkəzininprezidenti çıxış edərək iştirakçıları salamlayıblar.

Elm və təhsil naziri Emin Əmrullayev təhsil gündəminin aktualməsələlərinə toxunaraq bu sahəyə elmi yanaşmanın və aparılantədqiqatların vacibliyini xüsusi vurğulayıb. Nazir tədbiriştirakçıları ilə fikir mübadiləsi apararaq təhsilin bütünpillələrinə dair bir sıra maraqlı məqamları müzakirə edib. O,həmçinin müasir dövrün çağırışları fonunda təhsil sisteminindəyişən reallıqlara uyğunlaşdırılmasının zəruriliyindən bəhsedib.

Konfransın əsas məruzəçisi, ADA Universitetinin VaşinqtonMərkəzinin prezidenti Qalib Məmməd “Təhsildə əlavə dəyərinyaradılması” mövzusunda çıxış edərək, müasir təhsilin yalnız bilikötürməkdən ibarət olmadığını, təhsilin həm də dəyərlər üzərindəqurulan şəxsiyyət yetişdirməyi hədəfləməli olduğunu vurğulayıb. O,milli kimliyə bağlılığın və qlobal baxış bucağının harmoniyasını,müəllim və alimlərin nüfuzunun qorunması və bu peşələrə davamlısərmayə yatırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

İlk panel müzakirəsində Qarabağ Universitetinin rektoru ŞahinBayramov, Azərbaycan Texniki Universitetinin rektoru VilayətVəliyev, ADA Universitetinin akademik işlər üzrə prorektoru ElkinNurməmmədov, Moskva Dövlət Psixologiya və PedaqogikaUniversitetinin prorektoru Sergey Kosaretskiy və Kanadanın AmerikaKeyfiyyət Cəmiyyətinin regional direktoru Natella İsazadə alitəhsildə islahatların əhəmiyyəti ilə bağlı fikirlərinibölüşüblər.

Konfrans təhsil tədqiqatçılarının təhsildə rifah, süniintellektin təhsilə təsiri, inklüzivlik, humanitar fənlərin tədrisivə təhsildə sahibkarlıq kimi aktual mövzular üzrə təqdimatları vəmüzakirələri ilə davam edib.

Qeyd edək ki, üç gün davam edəcək konfransda yeddi ölkədən230-dan artıq iştirakçı – təhsil ekspertləri, təhsilmüəssisələrinin nümayəndələri, dövlət rəsmiləri, müəllimlər vətələbələr qatılıb.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Seçilən
33
13
az.trend.az

10Mənbələr