AZ

Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə – Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə birgə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışını edib.

Tribunainfo.az -ın məlumatına görə, dövlət başçısı və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İstilik Elektrik Stansiyasına atılan raketin düşdüyü əraziyə baxıblar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.

Seçilən
16
31
tribunainfo.az

10Mənbələr