AZ

Çerçesovun oğlu Adiyevin klubunda yüksək vəzifəyə təyin olundu

Qazaxıstan millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesovun oğlu "Krılia Sovetov"un idman direktoru olacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder İvan Karpov məlumat yayıb.

Mənbənin məlumatına görə, kiçik Stanislav Çerçesovun 30 yaşı var. O da atası kimi, futbolçu karyerasında qapıçı olub. O, peşəkar səviyyədə 30 oyun keçirib və karyerasını 2024-cü ildə başa vurub. Kiçik-Çerçesovun indiyə qədər futbol klublarında rəhbər vəzifə təcrübəsi olmayıb.

Maraqlıdır ki, Samara komandasının baş məşqçisi Qazaxıstan millisinin digər sabiq baş məşqçisi Maqomed Adiyevdir. O , bu yay "Krylia Sovetov"a baş məşqçi təyin olunub. 47 yaşlı mütəxəssis sözügedən klubla bir illik müqavilə imzalayıb.

Mirağa

Seçilən
7
1
fanat.az

2Mənbələr