AZ

Bu gün müəllimlərin sertifikasiya imtahanında 97 faiz davamiyyət qeydə alınıb

Yazını böyüt
Yazını kiçilt

İyunun 24-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin 4-cü günü yekunlaşıb.

Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyindən hafta.az-a bildirilib ki, test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5945 müəllim iştirak edib, 97 faiz davamiyyət qeydə alınıb.

Bugünkü imtahanla bağlı apellyasiya müraciətlərinin qəbuluna iyunun 25-də saat 12:00-dan etibarən başlanılacaq.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Seçilən
37
46
hafta.az

10Mənbələr