Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya təmsilçisi "Kayzerslautern"a transfer olunub.


Rekord.az xəbər verir ki, 27 yaşlı forvard 2-ci Bundesliqa klubunda 10 nömrəli formanı geyinəcək.


Mahir yeni komandası ilə 3 illik sözləşmə imzalayıb.


Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.