İranın hava məkanı Tehrana beynəlxalq uçuşlar üçün açıqdır.
“Report” xəbər verir ki, bunu “Flightradar24” xidməti təsdiqləyib.
"İranın hava məkanı indi əvvəlcədən icazə verildiyi təqdirdə Tehrana beynəlxalq gəliş və gedişlər üçün açıqdır", - xidmətin “X” sosial şəbəkəsində bildirilir.
Daha əvvəl İran hakimiyyəti hava məkanının İsrailin zərbələrinin fonunda hava məkanının bağlanmasını elan edib və bu bir neçə dəfə uzadılıb.