AZ

"Qarabağ"da uğurlu oldu, iz qoydu, əfsanə kimi getdi"

"Qarabağ" yay fasiləsində ilk transferini açıq elan etdi.

"Köhlən atlar" Dani Boltu rənglərinə bağladı.

Portuqaliya təmsilçisi "Torrense"dən gələn braziliyalının mövqeyi sağ cinah müdafiəçisidir.

Yassin Benzia, Patrik Andrade, İsmayıl İbrahimli və Marko Veşoviçin gedişindən sonra yeni transfer harayında olan azarkeşlər Boltun gəlişinə səssiz qalmayıb.

Fanatların çox saylı şərhlərindən hiss olunur ki, cənubi amerikalıdan gözləntilər müsbətdir:

"İzlədim, yaxşı futbolçudur. Sürətlidir, top ayağına yapışır və yaxşı ötürmələri var".

"Braziliyalılar "Qarabağ"da özünü doğrudur. Hələ-hələ Portuqaliya ikinci liqasından gəlirsə...".

"Bir Dani (Dani Kintana nəzərdə tutulur) "Qarabağ"da uğurlu oldu, iz qoydu, əfsanə kimi getdi. İnşallah, sən də iz qoyarsan".

"Yaxşı oyunçuya oxşayır. Yəqin ki, bir ildən sonra daha artıq pula Braziliyaya satarlar".

"Məncə, Portuqaliya ikinci liqasından növbəti uğurlu transfer olacaq".

"Rəy "tutuzdurmağa" gələnlər qədər qolun olsun".

"Soyadı kimi dəhşətli sürəti var".

"Mövsümün sonu qiyməti 3 milyon olacaq".

XANOĞLAN

Seçilən
11
sportinfo.az

1Mənbələr