BAKI, 24 iyun. TELEQRAF
Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu bu ay baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müaviniAleksey Çepa bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu zamanı memorandumlar çərçivəsində yaxınlaşma olmalıdır. Çepa həmçinin məhbus mübadiləsinin davam etdiriləcəyini deyib.
İyunun 2-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci raundu keçirilib . Görüş rus dilində keçirilib və bir saatdan bir qədər çox davam edib. Tərəflər bir-birinə təklif olunan atəşkəs memorandumlarını müzakirə edərək əsirlərin mübadiləsi vəə döyüşçülərin cəsədlərinin verilməsi barədə razılığa gəliblər.