AZ

"Yamal Messidən daha yaxşıdır, amma..."

Niderland millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Mark van Bommel Ktaloniya təmsilçisinin gənc vingeri Lamin Yamal ilə argentinalı superulduz Lionel Messini müqayisə edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Calciomercato" belə çatdırıb:

"Messi karyerasının başlanğıcında Yamaldan az oynayırdı. Hə, gənc yaşdakı performanslarını müqayisə etsək, Yamal Messidən daha yaxşıdır, amma 20 il Leo kimi zirvədə qalmaq çətin məsələdir. Yamal onu statistika baxımından keçmək istəyirsə, 500 qol vurmalıdır! Bəlkə də heç bu da kifayət etməz".

Qeyd edək ki, geridə qalan mövsümdə bütün turnirlərdə 55 matça çıxan Yamal 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nihat

Seçilən
3
fanat.az

1Mənbələr