525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Çinin Quyçjou və Quansi əyalətlərində daşqınlar ciddi fəsadlar törədib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gündür davam edən leysan yağışlar çaylarda sululuğun artmasına və macərasından çıxmasına səbəb olub.
Nəticədə əsasən çaykənari ərazilər, yollar və yaşayış məntəqələri su altında qalıb. Daşqınların vurduğu ziyan dəqiq hesablanmasa da, bir neçə milyard dollar olacağı ehtimal edilir.
Qeyd edək ki, təkcə Konqszyan və Junqszyan şəhərlərinin 300 mindən çox sakini təxliyyə olunub. Yerli hakimiyyət orqanları təhlükəli ərazinin sakinlərinə nisbətən hündür ərazilərə daşınmalarını tövsiyə edib.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.