AZ

Xızıda avtomobil aşıb, ölən var

Xızıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi İdarəsindən "Ölkə.az"a verilən məlumata görə, hadisə Məşədi Həsən qəsəbəsi yaxınlığında qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan 90-HH-960 dövlət nömrə nişanlı, “Infinity” markalı avtomobil yoldan çıxaraq aşıb, nəticədə sürücü hadisə yerində ölüb.

Məlumata görə qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
8
olke.az

9Mənbələr