AZ

Qaydaları pozan sürücü ağır yol qəzasına düşdü; həyatından oldu VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisənin görüntüləri təhlükəsiz şəhər kamerası tərəfindən qeydə alınıb.

Belə ki, Komsomol prospektində yüksək sürətlə hərəkətdə olan motosiklet işıqforun qırmızı işığından  keçərək “Audi” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən motosiklet sürücüsü havada bir neçə dəfə fırlanaraq asfalt zəminə çırpılıb. Qəza nəticəsində motosikletli aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
avtosfer.az

1Mənbələr