AZ

Almaniya klubu Mahir Emrelinin transferini rəsmən açıqladı

  Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya təmsilçisi "Kayzerslautern"a transferi rəsmən açıqlanıb.

Referans "Report"-a istinadən xəbər verir ki, bu barədə II Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.  

Seçilən
13
3
referans.az

3Mənbələr