Şahmat üzrə dünya çempionu Maqnus Karlsen gözlənilməz məğlubiyyətə düçar olub.
Offsideplus.az xəbər verir ki, o, "Titullu çərşənbə axşamı" adlı onlayn-turnirdə 15 yaşlı rusiyalı Maksim İvannikova uduzub.
Karlsen 33-cü gedişdə təslim olub.
İvannikov Beynəlxalq Şahmat Federasiyasının usta dərəcəsinə namizəd sayılır.
Norveçli idmançı isə hazırda dünya reytinqinin lideridir. O, 5 dəfə rapid və 8 dəfə blits üzrə dünya çempionudur. Karlsen 2013-2023-cü illərdə dünya şahmat tacının sahibi olub.