ABŞ-da keçirilən klublararası dünya çempionatında C qrupunun qalibi "Benfika" olub.

Offsideplus.az xəbər verir ki, Portuqaliya təmsilçisi bir neçə dəqiqə öncə gərgin mübarizədə Almaniya nəhəngi "Bavariya"nı üstələyib - 1:0.

Yeganə qolu 13-cü dəqiqədə Andreas Şelderup vurub.

Hər iki komanda hələ ikinci turdan sonra 1/8 finala vəsiqəni təmin etmişdi.

Sadəcə, "Benfika" sürpriz qələbə sayəsində qrup lideri qismində pley-offa yollanıb.