AZ

Körfəz Əməkdaşlıq Şurası İranın Əl-Udeyd aviabazasına hücumunu pislədi

BAKI, 25 iyun. TELEQRAF

Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Nazirlər Şurasının Dohada 49-cu növbədənkənar iclası keçirilib.

Teleqraf xəbər verir ki, KƏŞ ölkələrinin xarici işlər nazirləri İranın Qətərdəki Əl-Udeyd aviabazasını hədəf alan raket hücumlarını kəskin şəkildə pisləyiblər .

Qətərin paytaxtı Dohada keçirilən fövqəladə iclasdan sonra KƏŞ-in açıqlanan bəyanatında Qətər Silahlı Qüvvələrinin hücuma qarşı mübarizə imkanları yüksək qiymətləndirilib. Qətərin təhlükəsizliyi və sabitliyinin Körfəz Əməkdaşlıq Şurası ölkələrinin təhlükəsizliyinin ayrılmaz hissəsi olduğu və hər hansı bir üzv dövlətə qarşı hər hansı təhlükənin bütün KƏŞ dövlətləri üçün birbaşa təhdid olduğu vurğulanıb.

Şura həmçinin Qətər Dövləti ilə tam həmrəy olduğunu, onun təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördüyü tədbirləri dəstəklədiyini bildirib.

Seçilən
25
teleqraf.com

1Mənbələr