AZ

Britaniya Rusiyanın aktivləri hesabına Ukraynaya silah verəcək

BAKI, 25 iyun. TELEQRAF

Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevə yeni hərbi yardım paketinin dondurulmuş Rusiya aktivləri üzrə faizlərdən istifadəyə görə ödəniləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, Britaniya Ukraynaya 350 müasir zenit-raket kompleksi göndərəcək və ödəniş kimi dondurulmuş Rusiyanın aktivlərindən əldə olunan 95 milyon dollar faizdən istifadə edəcək.

Starmer “Rusiya Ukraynaya qarşı müharibənin əvəzini ödəməlidir” deyərək, düzgün iş gördüyünü vurğulayıb.

Nəşr qeyd edir ki, bu addım Londonun Ukraynaya silah tədarükünü birbaşa maliyyələşdirmək üçün Rusiya vəsaitlərindən ilk dəfə istifadə etməsidir.

Seçilən
38
6
teleqraf.com

10Mənbələr