AZ

Qrossi: İranın zənginləşdirilmiş uran ehtiyatının harada olduğunu bilmirik

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi ABŞ-nin İrandakı nüvə obyektlərinə hücumlarından sonra Tehran administrasiyasının zənginləşdirilmiş uran ehtiyatının yerini müəyyənləşdirmək mümkün olmadığını açıqlayıb.

Operativ Media xəbər verir ki, Qrossi "Fox News"a verdiyi müsahibədə bildirib ki, İran rəsmiləri ABŞ-nin mümkün hücumlarından əvvəl zənginləşdirilmiş uran ehtiyatlarını “qoruyucu tədbirlər” çərçivəsində başqa yerə köçürüblər.

Müxbirin, İranın zənginləşdirilmiş uran ehtiyatını İsfahan yaxınlığındakı köhnə bir tikiliyə daşıdığı barədə iddialarla bağlı sualını cavablandıran Qrossi deyib:

“Biz BMT-nin Atom Enerjisi Agentliyiyik, burada ehtimallar üzərində danışmırıq. Bu materialın harada olduğuna dair hazırda əlimizdə hər hansı məlumat yoxdur.”

Seçilən
15
42
operativmedia.az

10Mənbələr