Klub rəsmi açıqlama yaymasa da, müqavilə müddəti bitən Gitay Sofirin dönməyəcəyi bəllidi. Bəs digər futbolçular? Müqavilə müddəti davam edən futbolçuların taleyi necə olacaq? Sualı “dənizçilər”in mətbuat katibi Rəşad Məmmədova ünvanladıq:
“Heyətimizdə olan əksər futbolçuların müqavilə müddəti bitib. Müqavilə müddəti davam edən iki əcnəbi futbolçu var. Biri Marko Nikoliçdi, o biri də Süleyman Alluş. Onlar da 1-ci liqanın maliyyə şərtlərinə uyğun gəlmədiyi üçün yollarımızı ayıracağıq. Əsas fikrimiz nəinki əcnəbi, yerli futbolçulardan da pul qazanmaqdı. 1-ci liqada legioner limiti ilə bağlı məsələ də həllini tapmayıb. Hazırda əsas məqsədimiz transferlərdən pul qazanmaqdı. Nikoliçlə Alluşdan başqa Rüfət Abdullazadə və bir neçə futbolçu da transferə çıxarılıb”.
MÜZƏFFƏR QULUZADƏ