AZ

Bakıda “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” beynəlxalq konfransı keçirilir

Bakı. Trend:

Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olanQvadelup adasına həsr olunmuş “Qvadelupun Dekolonizasiyasına Doğru!Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfranskeçirilir.

Trend xəbərverir ki, konfrans Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun AzadlığıUğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq TəzminatlarHərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların BeynəlxalqKomitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə GücHərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qvadelupun müstəqilliyi uğurunda mübarizə aparan siyasipartiyaların liderləri, hərəkatların rəhbərləri, QHT-lər, elmidairələrin nümayəndələri və s. iştirak edirlər.

Konfransda Qvadelupun Fransanın dənizaşırı departamenti kimisaxlanılması və bu statusun xalqın siyasi gələcəyini sərbəstmüəyyən etmək hüququnu məhdudlaşdırması, həmçinin müstəmləkəcinayətləri, tarixi ədalətsizliklər, yerli Kalinago xalqının məhvedilməsi, işçilərin istismarı, bərabərsizlik və asılılığı davametdirən inzibati və iqtisadi strukturların mövcudluğu kimiməsələlər geniş müzakirə olunacaq.

Tədbirdə departament statusunun müstəmləkəçiliyi davam etdirməsivə bunun Qvadelupda işsizlik, gənclərin kütləvi köçü, sosialbərabərsizlik, iqtisadi asılılıq, zorakılıq və ətraf mühitinçirklənməsi, habelə zəhərli kimyəvi pestisid xlordekonun dağıdıcıtəsirləri də diqqət mərkəzində olacaq.

Konfransda Qvadelup xalqının öz müqəddəratını təyin etməkhüququnun beynəlxalq təşkilatların gündəliyinə çıxarılması, BMT-nindekolonizasiya ilə bağlı hüquqi mexanizmləri, habelə müstəmləkəaltında olan xalqlara müstəqillik verilməsi haqqında BMT-ninmüvafiq qətnamələrinə və Bəyannaməyə Fransa tərəfindən əməledilməməsi geniş müzakirə olunacaq.

Azərbaycanda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupununtəşkilatçılığı ilə “Yaşıl Teatr”da Azərbaycan və Qvadelupunmədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Qvadelup vəAzərbaycan ritmləri & rəqsləri” adlı konsert keçiriləcək.

Mədəni proqramda Qvadelup musiqisi ilə Azərbaycan musiqisininharmoniyası tamaşaçılara təqdim ediləcək. Tədbirdə Qvadelupunməşhur Lakou Veranda Qrupu çıxış edərək, öz unikal musiqi vəritmləri ilə iştirakçıları valeh edəcək.

Seçilən
10
29
az.trend.az

4Mənbələr