Qvadelupun müstəqilliyinə beynəlxalq hüquq çərçivəsində nail olunmalıdır.
“Report” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov iyunun 25-də Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda bildirib.
Onun sözlərinə görə, Qvadelup Fransa kolonializmindən əziyyət çəkir: "İnanıram ki, beynəlxalq hüquq çərçivəsində onun müstəqilliyinə nail olunacaq”.