"Azərbaycanın coğrafiyası və mədəniyyəti bizdən uzaq olsa da, burada fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu bizim azadlığımız üçün çalışır".
APA-nın məlumatına görə, bu fikirləri FID-in Qvadelup Bölməsinin milli koordinatoru Jean-Jacob Bisep Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qvadelupun Dekolonizasiyasına Doğru: Problemlər və Perspektivlər" adlı tematik konfransda səsləndirib.
Təmsil etdiyi xalqın təkcə siyasi yox, həm də mədəni mübarizə apardığını deyən natiq dəstəyə görə Bakı Təşəbbüs Qrupuna
təşəkkür edib:
Xalqının mədəni diskriminasiyaya məruz qaldığını deyən Jean-Jacob Bisep öz müqəddəratını təyinetmə hüququnun onlara da şamil olunmasının vacibliyini vurğulayıb:
"Azərbaycanın coğrafiyası və mədəniyyəti bizdən uzaq olsa da, burada fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu bizim azadlığımız üçün çalışır. Bu gün biz təkcə siyasi deyil, həm də mədəni mübarizə aparmalıyıq. Çünki Fransanın əsas məqsədi bizi reallıqdan uzaqlaşdırmaqdır. Biz iqtisadi, siyasi, sosial və mədəniyyət baxımından taleyimizi özümüz müəyyən etmək istəyirik. Bu mübarizəni təkbaşına aparmaq mümkün deyil. Ona görə də bütün dünya xalqları bizə dəstək verməlidir".