AZ

“Boavişta”dan “Kəpəz”ə

“Kəpəz” yay fasiləsinin ilk transferini həyata keçirib.

Msport.az xəbər verir ki, “Boavişta”nın mərkəz müdafiəçisi Pedro Qomes karyerasını Gəncə klubunda davam etdirəcək.

22 yaşlı oyunçu Portuqaliyanın yüksək liqasını tərk edən “Boavişta” ilə başa çatan müqaviləni yeniləməyəcək. Qomes “Kəpəz”lə artıq müqavilə imzalayıb. Bölgə təmsilçisi azad agent kimi heyətinə cəlb etdiyi oyunçunu tezliklə ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, Pedro Qomes karyerası ərzində yalnız Portuqaliyada çıxış edib.

Seçilən
24
msport.az

1Mənbələr