Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 0,48 ton miqdarında dondurulmuş omar idxal olunub.
“Valyuta.az” rəsmi statistikaya istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxalına 12 170 ABŞ dolları vəsait xərclənib.
Beləliklə, idxal olunan omarların bir kiloqramının orta gömrük qiyməti 25,35 dollar (təxminən 43 manat) təşkil edib.
Birləşmiş Ərəb Əmirliklərindən idxal edilən 0,08 ton omar üçün 2 540 ABŞ dolları ödənilib. Bu ölkədən gətirilən omarların bir kiloqram üzrə orta idxal qiyməti 31,75 dollar (təxminən 54 manat) olub.
Kanadadan isə 0,4 ton omar idxal edilib və bu məhsullar üçün 9 630 ABŞ dolları vəsait xərclənib. Kanadadan gətirilən omarların bir kiloqram üzrə orta qiyməti isə 24,08 dollar (təxminən 41 manat) olub.
Mayya Hüseynova