AZ

Bakıda “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”nin ikinci günü keçirilir

Bakı. Trend:

Bakıda “FINTEX SUMMIT 2025 – Maliyyə və TexnologiyalarSərgisi”nin ikinci günü öz işinə başlayıb.

Trend xəbərverir ki, tədbir Azərbaycan Banklar Assosiasiyası və AzərbaycanMərkəzi Bankının təşkilatçılığı ilə, eləcə də Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin dəstəyi və Visa-nın tərəfdaşlığı ilə baş tutur.

Ötən gün sərgi çərçivəsində Türk Dövlətləri Kredit Bürolarınınplatformasının yaradılması, eləcə də, Azərbaycan BanklarAssosiasiyası (ABA) ilə Qazaxıstan Maliyyəçilər Assosiasiyasıarasında Anlaşma Memorandumunun imzalanması xüsusilə yaddaqalanhadisələrdən olmuşdu. Həmçinin, ötən gün əsas diqqət maliyyətexnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süniintellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtech həllərivə dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modelləriüzrə mövzuların müzakirələrinə yönəlmişdi.

Sərginin ilk günündə olduğu kimi, bu gün də mövzular kifayətqədər zəngindir.

Belə ki, bu gün "Rəqəmsal maliyyənin təhlükəsizliyi:kibertəhlükəsizlik və dələduzluğun qarşısının alınması kəsişməsindəinnovasiyalar" mövzusunda müzakirələr aparılacaq. MüzakirələrAzərbaycan Mərkəzi Bankının (AMB), Bakı Fond Birjasının (BFB)rəsmiləri, eləcə də bir sıra yerli və xarici investisiyaşirkətlərinin nümayəndələrinin çıxışları altında baş tutacaq.

Qeyd edək ki, ümumilikdə, tədbirdə ABŞ, Avropa İttifaqı, MDB,Yaxın Şərq və Asiya-Sakit okean regionları da daxil olmaqla 300-əyaxın beynəlxalq və regional təşkilat iştirak edir.

Əlavə edək ki, "FİNTEX SAMMİT" Bakıda hər il keçirilən iki əsasbeynəlxalq maliyyə tədbirindən biridir. Digər nüfuzlu platforma isəBeynəlxalq Bankçılıq Forumudur.

Xəbər yenilənəcək

Seçilən
6
az.trend.az

1Mənbələr