AZ

“Cavidin yaşının elə vaxtıdı ki, pul qazanmaq istəyir” - “Quba”nın prezidentindən açıqlama

“Quba”nın kapitanı Cavid İmamverdiyev gözlənilmədən klubdan ayrıldı. Halbuki o, komandası “Difai”yə uduzub 1-ci liqada oynamaq şamsını itirəndə az qala qubalı azarkeşlər önündə sədaqət andı içirdi.

Bəs niyə getdi? “Football-plus.az” bu sualın cavabını klub prezidenti Ayaz Abdullayevdən soruşub:
“Cavidlə heç bir problemimiz yoxdu. Maliyyə baxımından daha yaxşı təkliflər gəlmişdi, o da dəyərləndirmək istədi. Cavidin yaşının elə vaxtıdı ki, pul qazanmaq istəyir. Təklif 2-ci liqa təmsilçisindən gəlib. Hansı klub olduğunu mən də dəqiq bilmirəm. Əlbəttə, klub olaraq, Cavidin qalmasını istərdik. Azarkeşlər də həmçinin. Amma onu başa düşürük, uğurlar arzulayırıq”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
6
1
football-plus.az

2Mənbələr