AZ

Tehran zənginləşdirilmiş uranı başqa yerə köçürüb - Qrossi

BAKI, TurkicWorld

İranın zənginləşdirilmiş uran ehtiyatının harada olduğu məlum deyil.

TurkicWorld xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi hücumlardan sonra zənginləşdirilmiş uran ehtiyatının yerinin məlum olmadığını bildirib.

Qrossi bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, İran rəsmiləri uran ehtiyatını ABŞ zərbələrindən öncə “mühafizə tədbirləri” çərçivəsində başqa yerə köçürüblər.

İsfahan yaxınlığındakı köhnə bir obyektin yeni anbar kimi istifadə edilməsi ilə bağlı sualı cavablandıran Qrossi , “Biz MAQATE olaraq spekulyasiya etmirik. Hazırda bu materialın dəqiq harada olduğunu bilmirik. İran nüvə materialları barədə hesabat verməyə borcludur və bizim əsas vəzifəmiz bunu müəyyənləşdirməkdir”- deyə qeyd edib.

Qeyd edək ki, iyunun 21-də ABŞ prezidenti Donald Tramp İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə zərbələr endirildiyini açıqlayıb. Tramp həmin zərbələrin İranın nüvə proqramını “tamamilə məhv etdiyini” iddia edib.

Seçilən
37
50
turkic.world

10Mənbələr