AZ

Azərbaycanəsilli iş adamı oğlunun Türkiyə klubuna keçidindən DANIŞDI

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ximki"nin sabiq hücumçusu İlya Sadıqovun atası, sahibkar Tufan Sadıqov oğlunun Türkiyənin "Serikspor" klubuna keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bir müddət əvvəl "Ajansspor" nəşri 24 yaşlı rusiyalı forvardın "Serikspor"un heyətinə qatılaraq karyerasını Türkiyə ikinci divizionunda davam etdirə biləcəyini yazıb.

Lakin iş adamı oğlunun karyerasını Türkiyədə davam etdirəcəyi ilə bağlı yayılan xəbərləri təsdiq etməyib.

"Hələlik heç bir konkret məlumat yoxdur", - deyə Tufan Sadıqov vurğulayıb.

Məlumat üçün əlavə edək ki, iyunun 18-də Rusiyanın "Ximki" futbol klubu fəaliyyətini dayandırdığını açıqlayıb. Rusiyanın eyni adlı şəhərini təmsil edən klubu azərbaycanəsilli rusiyalı iş adamı Tufan Sadıqova məxsusdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr