Böyük Britaniya hökuməti Çinlə ticarət əlaqələrinin gücləndirilməsinin tərəfdarıdır.
Editor.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi deyib.
“Çinin gücü qaçılmaz reallıqdır, ona görə də bizim Çinlə əlaqə saxlamaqdan başqa seçimimiz yoxdur. Çin Böyük Britaniyanın davamlı iqtisadi artımının dəstəklənməsində mühüm rol oynamağa davam edəcək”,- deyə bildirilib.
O bildirib ki, Böyük Britaniyanın Çinə yanaşması “mütərəqqi realizmə” əsaslanmalıdır.
//Gülnarə Abasova, Editor.az