Bakı, 25 iyun, AZƏRTAC
Qvadelupda 1960-cı illərdə dırnaqarası qəzetlər formalaşsa da, onlar müstəmləkə barədə danışmırdılar. 1990-cı ilə qədər isə jurnalistlər Fransa müstəmləkəçiliyi və dövləti üçün çalışırdılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri “ZCL News”in jurnalisti və prodüseri Danik Zandronis Qvadelup adasına həsr olunmuş konfransda söyləyib.
Jurnalist qeyd edib ki, bizim ölkəmizdəki jurnallar Fransadakı kimi inkişaf etdirilirdi. Onların iş prinsipi Fransanın siyasətini təbliğ etmək idi.
Danik Zandronisin sözlərinə görə, Qvadelup xalqı bu gün də müstəmləkə dominantlığından əziyyət çəkir.