AZ

Luk Reyinet: Fransa Afrikaya bədbəxtlik gətirib

Fransa öz ərazilərini genişləndirmək xatirinə Afrikaya bədbəxtlik gətirib.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Təzminat Hərəkatı və Qaradərili Xalqların İttifaqı Komitəsinin yaradıcı üzvü Luk Reyinet (Luc Reinette) Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində baş tutan “Müstəmləkəçilik tarixi və yaddaşı” mövzusunda panel sessiyasında deyib.

Onun sözlərinə görə, Qvadelupda minlərlə insan müstəmləkəçilik siyasəti ilə mübarizədə həyatını itirib:

“Fransa tarixən çalışıb ki, məktəb və kilsələrdə fəaliyyətlərini artırsınlar və bu yolla bizi müstəmləkəyə çevirsinlər. Qvadelupdakı insanları qul kimi çalışdırır, istismar edirdilər, kilsələrdə gənclərin beynini yumağa, fərqli din daşıyıcılarının dinlərini dəyişməyə çalışırdılar. Onlar məktəblərdə uşaqları məcbur edirdilər ki, qalların onların ata-babaları olduğunu desinlər, halbuki əcdadları afrikalılar idi. Bir sözlə, uşaqları tarixi həqiqətlərdən məhrum etməyə çalışıblar”.

L.Reyinet bildirib ki, azadlıq onların hələ də dadmadığı bir şeydir:

“Fransa özünü hüquqi dövlət adlandıraraq müstəmləkə siyasətini qəbul etmir. Lakin biz tariximizi bilirik və Fransa Qvadelupa qarşı müstəmləkəçilik siyasəti yürüdüb. Fransa öz ərazilərini genişləndirmək xatirinə Afrikaya bədbəxtlik gətirib və quldarlığı genişləndirib”.

Seçilən
10
ikisahil.az

1Mənbələr