AZ

Qvadelupun tam və ədalətli dekolonizasiyası hüquqi, iqtisadi, mədəni səviyyədə təmin olunmalıdır - Abbas Abbasov

Bakı. Trend:

Konfransın əsas məqsədi XXI əsrdə Qvadelupun hələ də müstəmləkəəsarətində saxlanılmasının hüquqi, iqtisadi, sosial və mədəniaspektlərini, həmçinin beynəlxalq hüquq normalarına uyğundekolonizasiya prosesinin sürətləndirilməsi yollarını müzakirəetməkdir.

Trend xəbərverir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru AbbasAbbasov “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar vəPerspektivlər” beynəlxalq konfransının açılış mərasimində çıxışızamanı deyib.

İcraçı direktor bildirib ki, müstəmləkə xalqlarının özmüqəddəratını təyinetmə hüququ beynəlxalq hüququn fundamentalprinsipi kimi təsbit edilib:

“Hüquqi və siyasi baxımdan Qvadelupun Fransanın departamentinəçevrilməsi kolonializmin sonlandırılması deyil, onun yeni birformaya salınması deməkdir. Bu hüquqi oyun vasitəsiyə ilə Fransa,Qvadelupu Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya olunacaqölkələr siyahısından çıxarıb.
Qvadelupda yaranmış iqtisadi asılılıq və sosial bərabərsizlikFransız müstəmləkəçilik siyasətinin törətdiyi fəsadlardır.

A.Abbasov əlavə edib ki, burada işsizlik səviyyəsi 18-20 %civarında olmaqla Fransanın əsas hissəsinin göstəricilərindən üçdəfə yüksəkdir:

“ÜDM-nin təxminən 70%-i dövlət dəstəyi və subsidiyalar hesabınaformalaşır ki, bu da Qvadelupu məqsədyönlü şəkildə iqtisadiasılıqda saxlamaq məqsədini daşıyır.

Mədəni sahədə aparılan sosial tədqiqatlar Qvadelup xalqının dil,tarix və mənəvi dəyərlərinin assimilyasiya siyasəti nəticəsindəzəiflədiyini göstərir.

UNESCO-nun himayəsi altında olan Qvadelupa məxsus maddi vəqeyri-maddi mədəni irsin qorunması və davamlı inkişafına yönəlmiştədbirlərin hələ də geniş miqyaslı və strukturlaşdırılmış xarakterdaşımadığı, mövcud fəaliyyətlərin isə əsasən lokal səviyyədə vəkifayət qədər koordinasiya olunmamış şəkildə həyata keçirildiyimüşahidə olunur”

BTQ rəsmisi qeyd edib ki, Bakı Təşəbbüs Qrupu müasir dünyadakolonializmin yeni formalarının mövcudluğunu qəbul etmir vəQvadelupun tam və ədalətli dekolonizasiyasının hüquqi, iqtisadi vəmədəni səviyyədə təmin olunmasının zəruriliyini vurğulayır.

“Biz beynəlxalq hüquq norma və prinsiplərə əsaslanaraq, Qvadelupxalqının öz müqəddəratını təyin etmək hüququnu, onlarınsosial-iqtisadi inkişafını və mədəni bərpasını müdafiə edəcəyik”, -deyə o fikrini tamamlayıb.

Seçilən
13
1
az.trend.az

2Mənbələr