AZ

20 Yanvarda sürət yarışı keçirən sürücülər təhlükəli anlar yaşatdılar - VİDEO

Qarabağda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı açıqlanıb.

Avtosfer.az xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda Qarabağda 14 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir:

"Artıq Qarabağ Universitetində 1 000-dən çox tələbə təhsil alır. 44 günlük Vətən müharibəsində biz Qələbə qazandıq, torpaqlarımız geri qayıtdı, quruculuq işləri başladı. Bütün bunlar Qayıdış konsepsiyamızı zəruri etdi. Biz xalq olaraq tarixdən dərs çıxarmalıyıq. Gənclər dünyada baş verən hər bir dəyişiklik üçün hazır yetişdirilməlidir. Gənclər ilk növbədə vətənpərvər olmalıdır. Bu da təhsildən çox asılıdır. Təbii ki, bu məsələdə ailə faktoru da mühüm rol oynayır. Müəllimlərin də töhfəsi çox faydalı olmalıdır ki, gənclər vətənpərvər olsun. Onlar Azərbaycan, eləcə də Qərbi Azərbaycan tarixini yaxşı bilməlidir".

Seçilən
3
avtosfer.az

1Mənbələr