AZ

Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara bu ölkənin milli bayramı – Dövlətçilik Günü münasibətilə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda bildirib: “İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir”.

Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə sloveniyalı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
27
azertag.az

10Mənbələr