AZ

Amerikada hərbi nüvə tullantıların utilizasiyası zavodunun vəziyyətindən narahatdırlar

ABŞ-da yeganə hərbi nüvə tullantıların zərərsizləşdirilməsi obyekti sıradan çıxa bilər. Çünki köhnəlmiş infrastrukturda əhəmiyyətli təmir tələb olunur, saxlanması üçün xərclər smetaları isə reallıqla uyğun deyil.

Herbiand.az bildirir ki, bu barədə ABŞ-ın Nəzarət-büdcə idarəsinin hesabatında qeyd edilib.

“Nyu Meksikodakı zavod ölkədə müdafiə ilə bağlı nüvə tullantılarının müəyyən növlərinin utilizasiyası üçün yeganə obyektdir. Onun 2080-ci illərə qədər fəaliyyət göstərəcəyi gözlənilir, lakin kritik infrastrukturun böyük hissəsi onilliklərdir təmirə və ya dəyişdirilməyə ehtiyac duyur”, - idarənin yekun hesabatında deyilir.

Sənədə əsasən, Nəzarət-büdcə idarəsi 2024-cü ilin yanvarından 2025-ci ilin iyun ayına kimi Energetika Nazirliyinin tabeliyində olan zavodda audit aparıb.

“İnfrastrukturun çox hissəsi xarab olub, nasaz olma riski artır və zavodun missiyasına təsir edir”, - idarə vurğulayır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr