ain.az, Oxu.az saytına istinadən bildirir.
MIR Qvadelup (Mouvement International pour les Reparations - Beynəlxalq Təzminat Hərəkatı) hərəkatı ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Oxu.Az xəbər verir ki, imzalanma Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş "Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər" adlı beynəlxalq tematik konfransda baş tutub.
Mərasimdə bildirilib ki, Bakı Təşəbbüs Qrupu ilə Qvadelupda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları və müstəqillik hərəkatları arasında təkcə siyasi sahədə deyil, ətraf mühit, mədəniyyət və digər sahələrdə də sıx əməkdaşlıq mövcuddur.
Aləmdə Nəsib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.