"Sumqayıt" futbol klubu daha 3 futbolçu ilə vidalaşıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
“Kimyaçılar” ilə müqavilə müddətləri başa çatan futbolçular – Elvin Bədəlov, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovla yollar ayrılıb.