BAKI. 25 iyun. TELEQRAF
“Sumqayıt” klubu daha 3 futbolçu ilə yollarını ayırıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar müqavilə müddətləri başa çatan Elvin Bədəlov, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovdur.
Onlarla müqavilə yenilənməyib.
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl Murad Xaçayevlə də eyni səbəbdən vidalaşıb.